Rusiya Baydenin həyat yoldaşı və qızına sanksiya tətbiq etdi

Rusiya Baydenin həyat yoldaşı və qızına sanksiya tətbiq etdi

Hazırda oxunan: Rusiya Baydenin həyat yoldaşı və qızına sanksiya tətbiq etdi

81324

Moskva ABŞ-a qarşı sanksiyalar siyahısına daha 25 nəfərin, o cümlədən ABŞ prezidenti Co Baydenin ailə üzvlərinin adını əlavə edib.

Bizim.Media “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə informasiyanı Rusiya Xarici İşlər Nazirliyi yayıb.

“ABŞ-ın Rusiyanın siyasi və ictimai xadimlərinə qarşı durmadan genişlənən sanksiyalarına cavab olaraq rusofobiya kursunun formalaşmasına cavabdeh olan senatorlar arasından 25 Amerika vətəndaşı, Rusiya əleyhinə tövsiyələr hazırlayan qondarma Makfol-Yermak qrupunun üzvləri, eləcə də prezident Co Baydenin ailə üzvləri siyahıya salınıb”, - bəyanatda deyilir.

Siyahıya, xüsusilə ABŞ prezidentinin həyat yoldaşı və qızı - Cil və Eşli Bayden daxil edilib.

Rusiyada sanksiyaya məruz qalan ABŞ vətəndaşlarının ümumi sayı 1048-ə çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO