Türkiyədə daşqın: 20 fərdi evdən sakinlər təxliyə edildi

Türkiyədə daşqın: 20 fərdi evdən sakinlər təxliyə edildi

Hazırda oxunan: Türkiyədə daşqın: 20 fərdi evdən sakinlər təxliyə edildi

81110

Türkiyənin Qara dəniz sahillərinə yaxın bölgələri güclü yağış sel və daşqınlara səbəb olub.

Bizim.Media xəbər verir ki, güclü leysan nəticəsində Zonguldak şəhərinin mərkəzindəki Çaydamar dərəsi daşıb.

Yamac və çay badlarının yuyulması nəticəsində avtomobillər dərələrə aşıb. Evləri, yolları sel basıb.

Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) xilasedici qüvvələri təbii fəlakət bölgəsinə cəlb olunub. İndiyədək 20 fərdi evdən sakinlərin təxliyə edildiyi bildirilir.

Meteoroloqlar Anadolunun şimal-şərqində, eləcə də Ankara vilayəti bölgəsində güclü yağış sel və daşqınların davam edəcəyi barədə əhaliyə xəbərdarlıq ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO