“Ankara Stokholmdan cavab gözləyir” – Ərdoğandan PKK ilə bağlı AÇIQLAMA

“Ankara Stokholmdan cavab gözləyir” – Ərdoğandan PKK ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: “Ankara Stokholmdan cavab gözləyir” – Ərdoğandan PKK ilə bağlı AÇIQLAMA

81026

Ankara Stokholmdan Türkiyənin müdafiə sənayesi məhsullarının ixracına qoyulan embarqonun və digər məhdudiyyətlərin aradan qaldırılmasını gözləyir.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin baş naziri Maqdalena Andersson ilə telefon danışığı zamanı bildirib.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin yaydığı məlumata görə, tərəflər İsveçin NATO-ya üzvlük müraciəti ilə bağlı məsələləri müzakirə ediblər.

Ərdoğan bildirib ki, İsveç terrorla mübarizə kimi Türkiyə üçün mühüm fundamental məsələlərdə addımlar atmalıdır.

Türkiyə lideri Stokholmun terror təşkilatı PKK/YPG ilə bağlı mövqeyini dəyişməli olduğunu vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO