Fövqəladə Hallar Nazirliyinin (FHN) amfibiya tipli təyyarəsi Türkiyədə yanğınlarla mübarizəyə başlayıb.
Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədəki meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsinə köməklik məqsədilə FHN-yə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə qardaş ölkəyə göndərilib.
Bu gün səhər saatlarından etibarən təyyarə Türkiyənin Muğla bölgəsində yanğınlarla mübarizə tədbirlərinə başlayıb.
Bizim.Media