Makronun koalisiyası parlament seçkilərində qalib gəldi

Makronun koalisiyası parlament seçkilərində qalib gəldi

Hazırda oxunan: Makronun koalisiyası parlament seçkilərində qalib gəldi

80045

Fransada parlament seçkilərinin ikinci turunda proqnozlaşdırıldığı kimi prezident Emmanuel Makronun tərəfdarlarının təmsil olunduğu “Birgə!” koalisiyası 245 mandatla qalib gəlib.

Bizim.Media “interfax.ru” saytına istinadən xəbər verir ki, bu məlumatı bazar ertəsi gecə Figaro qəzeti dərc edib. 

Eyni zamanda, Makronun tərəfdarları Fransa parlamentinin aşağı palatasında mütləq çoxluğa (577 mandatdan 289-u çoxluq hesab edilir) nail ola bilməyib. 

Jan-Luk Melenşonun başçılıq etdiyi solçu və yaşıl partiyaların bloku olan Yeni Xalq Ekoloji və Sosial Birliyi (Nupes) ikinci olub və Milli Assambleyada 131 yer əldə edib.

Bu seçki Marin Le Penin “Milli birlik” partiyası üçün əsl uğur sayılır. Fransız millətçiləri 89 mandat qazanıblar. Bu da beyin mərkəzlərinin onlar üçün proqnozlaşdırılan son sorğularından əhəmiyyətli dərəcədə çoxdur.
“Qollizmin” varisləri, sağ mərkəzçi “Respublikaçılar” 64 mandatla qalib gəliblər. Bu, təxminən dərc olunmuş proqnozlara uyğun gəlir.

Xatırladaq ki, səsvermə çox aşağı fəallıqla keçib: seçicilərin təxminən 54%-i seçkilərə məhəl qoymayıb.

Fransa mediası və müşahidəçilər qeyd edirlər ki, səsvermənin faktiki nəticələri Makron və onun tərəfdaşları üçün ciddi çətinliklərin xəbərçisidir: onlar digər partiyalara güzəştə getməli olacaqlar, çünki parlamentdə müttəfiqlər olmadan indi parlamentin bir çox qanunlarını qəbul etmək mümkün olmayacaq.

Figaro öz internet saytında səsvermənin nəticələrini Makron tərəfdarlarının faktiki məğlubiyyəti adlandırır və “idarəolunmaz Fransa” riski barədə xəbərdarlıq edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO