Rusiya prezidenti Vladimir Putin yalnız güc dilini anlayır.
Bizim.Media xəbər verir ki, bu fikirləri Böyük Britaniyanın keçmiş baş naziri Qordon Braun “BBC News”a müsahibəsində səsləndirib.
Siyasətçinin sözlərinə görə, Rusiya prezidenti onu alçaldıb və alçaq kresloda oturmağa məcbur edib. “Daily Mail” nəşri onun dediklərindən sitat gətirib.
Söhbət 2006-cı ildə Braunun Moskva səfərindən gedir. O, həmin vaxt hələ ölkənin baş naziri olmayıb, xəzinədarlığın rəhbəri vəzifəsində çalışıb.
Braun xatırladıb ki, onu qəsdən alçaq kresloya yerləşdiriblər ki, Putinə aşağıdan yuxarı baxsın.
Bundan əlavə, rusiyalı siyasətçidə eks-baş nazirin dosyesi olan bütöv bir qovluq olub.
"O, sənədləri çıxardı və mənim haqqımda olan bütün məlumatları ucadan oxumağa başladı, sanki sübut etmək istəyirdi ki, o, məni məndən daha çox tanıyır", - britaniyalı deyib.
Braun əlavə edib ki, Putin o zaman, sözün əsil mənasında onu qorxudub.
Qeyd edək ki, Qordon Braun 2007-2010-cu illərdə Böyük Britaniyanın baş naziri olub.
Bizim.Media
- A-
- A
- A+
Dünya
18:18 / 19.06.2022
Putin Britaniyanın keçmiş baş nazirini alçaldıb? – Qordon Braun detalları AÇIQLADI
Hazırda oxunan: Putin Britaniyanın keçmiş baş nazirini alçaldıb? – Qordon Braun detalları AÇIQLADI
Hazırda oxunan: Putin Britaniyanın keçmiş baş nazirini alçaldıb? – Qordon Braun detalları AÇIQLADI
79969
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.