Ən zəngin çinli milyarderlərdən biri, “Alibaba”nın qurucusu Cek Ma Çinin maliyyə tənzimləyicilərinin fəaliyyətini, eyni zamanda Çinin texnoloji şirkətlərə qarşı münasibətini tənqid etdikdən sonra oktyabr ayının sonundan bəri ictimaiyyət qarşısına çıxmayıb.
Bizim.Media xatırladır ki, ötən həftə “Telegraph”, “Forbes”, “Financial Times”, “CNN”, “Fox”, “ABC” mətbu orqanları “Milyarderin itməsi”, “Cek Ma haradadır?”, “Cek Ma yoxdur?”başlıqlı məqalələr dərc ediblər.
“ABC” televiziya kanalı qeyd edir ki, milyarder iki aydan çoxdur ictimaiyyət qarşısına çıxmır. Sonuncu dəfə 31 oktyabrda şirkətlə bağlı tədbirdə iştirak edib.
Qeyd edək ki, ötən ilin dekabr ayında Çinin Dövlət Bazar Tənzimləməsi İdarəsi “Alibaba Group” ilə bağlı araşdırma apardığını açıqlayıb. Tənzimləyici şirkətin siyasətinin antimonopol qanunlara uyğunluğunu nəzərdən keçirəcək.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:14 / 10.01.2021
"Alibaba"nın qurucusu hardadır - Ətraflı
Hazırda oxunan: "Alibaba"nın qurucusu hardadır - Ətraflı
Hazırda oxunan: "Alibaba"nın qurucusu hardadır - Ətraflı
7989
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.