"Türkiyə ilə bağlı ayrıseçkiliklərə son qoymaq lazımdır"- Ərdoğan

Hazırda oxunan: "Türkiyə ilə bağlı ayrıseçkiliklərə son qoymaq lazımdır"- Ərdoğan

7967

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenlə videoformatda danışıqlar aparıb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, danışıqların gedişatında Türkiyə və Avropa Birliyi arasında ikitərəfli inkişaf məsələləri, həmçinin regional hadisələr müzakirə edilib.

Rəcəb Tayyib Ərdoğan danışıqlar zamanı Avropa Birliyinin Türkiyənin gündəmində prioritet olduğunu söyləyib.

Ölkə rəhbəri Gömrük Şurasını yeniləmək, Türkiyə vətəndaşları üçün viza azadlığını təmin etmək və ölkəsinin Avropa Birliyinə üzvlüyü haqqında danışıqlar təşəbbüsü zərurətini qeyd edib.

Prezident bildirib ki, qarşılıqlı etibarı, məsləhətləşmələr mexanizmini bərpa etmək, Türkiyə ilə bağlı ayrıseçkiliklərə, həmçinin ritorikaya son qoymaq lazımdır.

Dövlət başçısı həmçinin Türkiyənin gələcəyini Avropada gördüyünü bildirib. (report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO