Rusiya vətəndaşları kola içə bilməyəcək - SATIŞ DAYANDIRILDI

Rusiya vətəndaşları kola içə bilməyəcək - SATIŞ DAYANDIRILDI

Hazırda oxunan: Rusiya vətəndaşları kola içə bilməyəcək - SATIŞ DAYANDIRILDI

79609

Rusiyada "Coca-Cola" məhsullarının istehsalçıları və distribyutorlarının daxil olduğu "Coca-Cola HBC AG" şirkəti Rusiyada brend içkilərin satışını və istehsalını dayandıracaq.  

Bizim.Media xəbər verir ki, bu barədə şirkətin ABŞ-dakı baş qərargahı açıqlama yayıb.
Açıqlamada "Coca-Cola HBC AG"-nin anbarlarının tükəndiyi bildirilir:

"Bundan sonra "Coca-Cola HBC" artıq Rusiyada şirkətin heç bir məhsulunu istehsal etməyəcək və satmayacaq".

Qeyd edək ki, may ayında "The Coca-Cola Company"nin baş direktoru Ceyms Kuinsi sərinləşdirici şirkətin Rusiya bazarını tərk edəcəyini istisna etməmişdi.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO