“Fransa ilk gündən Ukraynanın yanındadır” – Makron İrpendə AÇIQLAMA verdi

“Fransa ilk gündən Ukraynanın yanındadır” – Makron İrpendə AÇIQLAMA verdi

Hazırda oxunan: “Fransa ilk gündən Ukraynanın yanındadır” – Makron İrpendə AÇIQLAMA verdi

79544

Fransa uzunmüddətli perspektivdə Ukraynaya dəstəyi davam etdirmək niyyətindədir.

Bizim.Media “korrespondent.net” saytına istinadən xəbər verir ki, bunu prezident Emmanuel Makron bu gün İrpenə səfəri zamanı deyib.

Jurnalistlər ondan ifadə etdiyi “Rusiya Federasiyasını alçaltmaq olmaz” sözlərinə aydınlıq gətirilməsini istəyib.

“Biz bu dəstəyi uzunmüddətli perspektivdə bütün formalarda davam etdirəcəyik. Fransa ilk gündən Ukraynanın, ukraynalıların yanındadır”, deyə o, belə cavab verib.

"Ukrayna müqavimət göstərməyi və qalib gəlməyi bacarmalıdır", - Fransa prezidenti əlavə edib. Makron müsahibəsində Ukrayna prezidenti Volodimir Zelenski ilə hər hansı fikir ayrılığını inkar edib.
“Bu gün Ukraynanın müqavimət göstərməli və qalib gəlməlidir. Biz birmənalı olaraq ukraynalı kişi və qadınların tərəfindəyik”, o bildirib.

Fransa prezidenti İrpeni rus ordusunun hücumunun dayandırıldığı “qəhrəman şəhər” adlandırıb.

“Biz hamımız dağıdılmış bu qəhrəman şəhərin görüntülərini görmüşük, çünki ukraynalılar Rusiya ordusunun Kiyevə doğru irəliləməsini məhz burada dayandırıblar. Beləliklə, ordunun və Ukrayna əhalisinin qəhrəmanlığından danışmaq lazımdır”, - Makron qeyd edib.

Xatırladaq ki, Makron Almaniya kansleri Olaf Şolz, İtaliyanın baş naziri Mario Draqi və Rumıniya prezidenti Klaus İohannis ilə birlikdə İrpenə səfər edib.

Daha sonra Avropa liderləri Zelenski ilə görüşəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO