Fransadan Azərbaycana qarşı növbəti TƏXRİBAT: Qondarma rejimin “spikeri” Parisdə...  

Fransadan Azərbaycana qarşı növbəti TƏXRİBAT: Qondarma rejimin “spikeri” Parisdə...  

Hazırda oxunan: Fransadan Azərbaycana qarşı növbəti TƏXRİBAT: Qondarma rejimin “spikeri” Parisdə...  

79079

İyunun 13-də Qarabağdakı qondarma rejimin (Arsax) “parlament” sədri Artur Tovmasyan Parisdə “Arsax”ın Fransadakı daimi nümayəndəsi Ovannes Gevorgyan və nümayəndəliyin əməkdaşları ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "news.am" saytı yayıb.

Görüş zamanı həmsöhbətlər 2020-ci ildə 44 günlük müharibə zamanı fransız siyasətçiləri və yerli hökumətləri tərəfindən “Arsax”a göstərilən yardıma və bu istiqamətdə növbəti addımların atılmasının zəruriliyinə toxunublar.
“Spiker” müharibədən dərhal sonra Senat və Fransa Milli Assambleyası tərəfindən “Arsax”ın tanınması haqqında qətnamənin qəbul edilməsinin vacibliyini xüsusi qeyd edib.

Qeyd edək ki, qondarma rejimin “spikeri” Fransanın siyasi dairələrinin və erməni icmasının nümayəndələri ilə də görüşəcək.

Xatırladaq ki, bu “səfər”in təşkil edilməsilə rəsmi Paris Bakıya qarşı növbəti təxribatının əsasını qoyub. İstər 44 günlük Vətən Müharibəsi zamanı, istərsə də TARİXİ ZƏFƏRdən sonra Fransa prezidenti Makron başda olmaqla, ölkənin siyasətçiləri, deputatları, Parisin meri dəfələrlə Azərbaycana qarşı nifrət dolu açıqlamaları ilə yadda qalıb.

Hətta onlardan bəziləri Qarabağa qanunsuz gələrək ölkəmizin persona non-qrata siyahısına daxil olublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO