Kiyev kafesində Boris Consonun şərəfinə tort hazırlandı - FOTO

Kiyev kafesində Boris Consonun şərəfinə tort hazırlandı - FOTO

Hazırda oxunan: Kiyev kafesində Boris Consonun şərəfinə tort hazırlandı - FOTO

78859

Britaniya səfiri Melinda Simmons Kiyevdəki kafelərdən birində Böyük Britaniyanın baş naziri Boris Consonun adına hazırlanan tort aşkar edib.

Bizim.Media xəbər verir ki, bu barədə o, Twitter-də məlumat yayıb.

Onun sözlərinə görə, qənnadı məmulatına Boris Consonyuk adı verilib:

“Lay testdən hazırlanan məhsul daha çox səbətə bənzəyir”.

Ukrayna mətbuatı yazır ki, çiçək şəklində olan tort ingilis alma piroqu əsasında ərsəyə gətirilib. Onun tərkibində italyan beze və dondurma da var.

Desertin tacı Britaniya baş nazirinin saç düzümünə bənzəyən ağ kremlə bəzədilib. Qiymət etiketinə əsasən, desertin qiyməti 97 qrivnadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO