“Rusiya-Türkiyə münasibətlərinə tonu prezidentlər verir. Onlar müntəzəm olaraq təmasdadırlar. Təkcə, bu il ərzində onlar 9 dəfə telefonda danışıblar. Biz bu gün qarşıda duran müxtəlif səviyyəli təmasların qrafikini müzakirə etdik. Əlbəttə ki, Yüksək Səviyyədə Əməkdaşlıq Şurasının 9-cu iclası çərçivəsində prezidentlərin növbəti görüşünə hazırlığın necə getdiyini müzakirə etdik”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqların yekunlarına dair birgə mətbuat konfransında bildirib.
XİN başçısı qeyd edib ki, iki ölkə arasında bu ilin birinci rübündə ticarət dövriyyəsinin həcmi iki dəfə artıb və təxminən 14 milyard dollara çatıb:
“Qarşılıqlı hesablaşmalarda milli valyutalara keçidin tətbiqi ilə bağlı bizim yaxşı perspektivlərimiz var. Bu proses artıq irəliləyiş mərhələsindədir.
Perspektivdə biz Rusiyanın “Mir” ödəniş kartının Türkiyədə istifadəsini müzakirə edirik. Bu, Türkiyəyə Rusiyadan turist axınını pandemiyaya qədərki səviyyədə bərpa etməyə imkan verəcək. İldə Rusiyadan təxminən 7 milyon turist rekordu qeydə alınmışdı. Ötən il bu rəqəm təxminən 4 milyon olmuşdu. Bu rəqəmlər artmağa davam edir”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:24 / 08.06.2022
Putin-Ərdoğan görüşü baş tutacaqmı?
Hazırda oxunan: Putin-Ərdoğan görüşü baş tutacaqmı?
Hazırda oxunan: Putin-Ərdoğan görüşü baş tutacaqmı?
78274
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.