Boris Consonun ofisindən etimad səsverməsi ilə bağlı BƏYANAT - YENİLƏNİB

Boris Consonun ofisindən etimad səsverməsi ilə bağlı BƏYANAT - YENİLƏNİB

Hazırda oxunan: Boris Consonun ofisindən etimad səsverməsi ilə bağlı BƏYANAT - YENİLƏNİB

77864

Britaniya Baş nazirinin “Dauninq-strit”də yerləşən iqamətgahı Boris Consonla bağlı keçiriləcək etimad səsverməsi ilə bağlı bəyanat verib.

Bizim.Media “The Washington Post”a istinadən xəbər verir ki, bəyanatda bu səsvermənin aylarla davam edən fərziyyələrə son qoymaq üçün bir şans olduğu bildirilib:

“Keçiriləcək səsvermə aylarla davam edən fərziyyələrə son qoymaq və hökumətə bir xətt çəkib insanların prioritetlərini yerinə yetirərək irəliləməsi üçün bir şansdır".

Qeyd edək ki, Baş nazir Boris Consonla bağlı etimad səsverməsi bu gün yerli vaxtla 18:00 - 20:00 arasında keçiriləcək.

Bizim.Media

***

Böyük Britaniyanın baş naziri Boris Conson barəsində etimad səsverməsi proseduru iyunun 6-da işə salına bilər.

Bizim.Media xəbər verir ki, bu barədə “Independent” məlumat yayıb.

Etimad səsverməsinin baş tutması üçün Mühafizəkar partiyasından 54 nəfər deputatın baş nazirin istefasını tələb etməsi kifayət edir.

Qeyd edək ki, baş nazir B.Conson koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan sərt qapanma zamanı ziyafətlər təşkil etməkdə ittiham olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO