BMT Ukrayna ilə bağlı toplanır – Cinsi zorakılıq, insan alveri...

BMT Ukrayna ilə bağlı toplanır – Cinsi zorakılıq, insan alveri...

Hazırda oxunan: BMT Ukrayna ilə bağlı toplanır – Cinsi zorakılıq, insan alveri...

77842

Bu gün BMT Təhlükəsizlik Şurası Ukraynadakı vəziyyətlə bağlı iclas keçirəcək. Əsas diqqət münaqişə ilə bağlı cinsi zorakılıq və insan alverinə yönəldiləcək.

Bizim.Media xəbər verir ki, bu barədə “Ukrinform” məlumat yayıb.

Münaqişələrdə cinsi zorakılıq üzrə xüsusi nümayəndə Pramila Pattenin, Ukrayna və ABŞ vətəndaş cəmiyyəti nümayəndələrinin çıxışları planlaşdırılır.

Təhlükəsizlik Şurasının işində Avropa Şurasının rəhbəri Şarl Mişelin də iştirakı gözlənilir.

Şuranın iclasına Ukrayna da dəvət olunub. Bu baxımdan ölkənin BMT-dəki daimi nümayəndəsi Sergey Kislitsa çıxış edəcək.

Görüş Şərqi Amerika vaxtı ilə səhər saat 10:00-da başlayacaq.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO