Dünyanın pandemiya baxımından ən təhlükəli ölkələri məlum olub.
Bizim.Media xəbər verir ki, hazırda dünyada COVID-19-a yoluxma baxımından ən təhlükəli yer Tayvandır. Ada ölkədə son sutkada 62 110 nəfər COVID-19-a yoluxub, virusun aşkarlandığı 124 nəfər ölüb.
Siyahının ikinci sırasında Koreya Xalq Demokratik Respublikası qərarlaşıb. Belə ki, son sutkada Şimali Koreyada 73 790 nəfərdə koronavirus aşkarlanıb.
Avstraliya da gündəlik yoluxma baxımından pandemiyadan ən çox əziyyət çəkən ölkələrdəndir. Son sutka ərzində Avstraliyada 22 253 nəfərdə koronavirus aşkarlanıb, 29 nəfər ölüb.
Yaponiyada isə son gündə koronavirusa 16 627 yoluxma qeydə alınıb, virusun aşkarlandığı 23 nəfər ölüb.
Siyahının növbəti sıralarında İtaliya, Cənubi Koreya, Çili, yer alıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:11 / 06.06.2022
Dünyanın ən təhlükəli ölkələri - PANDEMİYA
Hazırda oxunan: Dünyanın ən təhlükəli ölkələri - PANDEMİYA
Hazırda oxunan: Dünyanın ən təhlükəli ölkələri - PANDEMİYA
77840
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.