Zelenski Ukrayna ordusunun Zaporojyedəki ön mövqelərinə BAŞ ÇƏKDİ

Zelenski Ukrayna ordusunun Zaporojyedəki ön mövqelərinə BAŞ ÇƏKDİ

Hazırda oxunan: Zelenski Ukrayna ordusunun Zaporojyedəki ön mövqelərinə BAŞ ÇƏKDİ

77832

Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna ordusunun Zaporojye vilayətindəki ön mövqelərinə baş çəkib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya dövlət başçısının rəsmi saytında yer alıb.

Mənbə yazır ki, Ukrayna lideri regiondakı vəziyyətlə bağlı müşavirə keçirib.

O, Zaporojye Vilayət Dövlət Administrasiyasının rəhbəri Aleksandr Staruxun, o cümlədən hərbi komandanlığın və Milli Polis Departamentinin bu sahədəki rəhbərliyinin məlumatlarını dinləyib.

Ukrayna Prezidenti hərbçilərlə söhbət edib, onlara dövlət mükafatları və hədiyyələr təqdim edib.

"Dövlətimizi qoruduğunuza görə sizə təşəkkür etmək istəyirəm. Hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm. Sizə və sizə dəstək olan ailənizə cansağlığı arzulayıram. Özünüzə diqqət edin" deyə o vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO