Türkiyə kosmosa peyk göndərdi

Türkiyə kosmosa peyk göndərdi

Hazırda oxunan: Türkiyə kosmosa peyk göndərdi

7777

Türkiyənin yeni peyki “Türksat 5A” ABŞ-ın Florida əyalətindəki Kanaveral kosmodromundan kosmosa buraxılıb.

Bizim.Media-nın məlumatına görə , bu barədə Türkiyə mətbuatı xəbər yayıb.

Məlumatda bildirilib ki, peyk Türkiyə vaxtı ilə saat 05:15-də “Falcon 9” raketi ilə kosmik fəzaya çıxarılıb.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, nazir müavini Ömər Fatih Sayan, “Türksat AŞ” baş direktoru Cenk Şen Kanaveral kosmodromunda raketin buraxılma anını canlı olaraq izləyiblər.

Nazir Karaismailoğlu “Türksat 5A” peykindən ilk siqnalın alındığını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO