Türkiyənin DAHA BİR UĞURU: Bu raketlərin kütləvi istehsalına başlanır

Türkiyənin DAHA BİR UĞURU: Bu raketlərin kütləvi istehsalına başlanır

Hazırda oxunan: Türkiyənin DAHA BİR UĞURU: Bu raketlərin kütləvi istehsalına başlanır

77745

Türkiyə "Gökdoğan" və "Bozdoğan" raketlərinin kütləvi istehsalına hazırlaşır.

Bizim.Media yerli KİV-ə istinadla xəbər verir ki, Türkiyə Elmi və Texniki Araşdırmalar Şurasının (TÜBİTAK) nəzdində fəaliyyət göstərən Türkiyə Müdafiə Sənayesi Araşdırma İnstitutunun (SAGE) rəhbəri Gürcan Okumuşun sözlərinə görə, aktiv radiolokasiyalı özütuşlama sistemi ilə təchiz edilmiş raketlərin seriyalı istehsalına hazırlıq son mərhələdədir.

O, qeyd edib ki, hazırda yerüstü, həmçinin təyyarədən buraxılış sınaqları həyata keçirilir.

"Türkiyə son illərdə dərin eşelonlu hava hücumundan müdafiə sistemlərinin inkişafında əhəmiyyətli irəliləyişlər əldə edib. Yaxın, orta və uzaq mənzilli hava hücumundan müdafiə sistemləri üzrə layihələrin bir hissəsi üzrə işlər yekunlaşıb və yeni təşəbbüslər həyata keçirilir. Digərləri arasında Türkiyə hava məkanınındərin eşelonlu hava hücumundan müdafiə sisteminin mühüm komponentinə çevriləcək “hava-hava” raketləri hazırlanır", - G.Okumuş vurğulayıb.

O xatırladıb ki, hazırda Türkiyə Silahlı Qüvvələrinin arsenalına xarici istehsal olan AIM120, AIM-9X və s. raketləri daxildir.

"Yerli "hava-hava" sinifli raketlərinin işlənib hazırlanması təyyarələri öz döyüş sursatlarımız ilə təchiz etməyə imkan verəcək. Bundan əlavə, bu raketlər əsasında qurudan və dənizdən hədəfləri vurmağa qadir olan digər sinif sursatların hazırlanması da planlaşdırılır", - o, əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO