83 yaşlı yaponiyalı təkbaşına Sakit okeanı üzərək keçdi

83 yaşlı yaponiyalı təkbaşına Sakit okeanı üzərək keçdi

Hazırda oxunan: 83 yaşlı yaponiyalı təkbaşına Sakit okeanı üzərək keçdi

77712

Yaponiyalı dənizçi Keniçi Hori təkbaşına Sakit Okeanı dayanmadan üzərək keçmiş dünyanın ən yaşlı insanı olub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Kyodo" nəşri yayıb.

Bildirilir ki, 83 yaşlı K.Hori altı metrlik Suntory Mermaid III yaxtası ilə 8500 km məsafə qət edib.

Yerli vaxtla saat 2:23-də (Bakı vaxtı ilə 21:23) Hori ölkənin qərbində Vakayama və Tokusima prefekturalarını ayıran Kii kanalına çatıb. Onun səyahəti martın 27-də ABŞ-ın San-Fransisko şəhərində (Kaliforniya ştatı) başlayıb.

Bu, Keniçi Horinin ilk uzun məsafəli təkbaşına səyahəti deyil. 1962-ci ildə Hori Yaponiyadan San-Fransiskoya Sakit Okean üzərindən təkbaşına dayanmadan səyahət edən dünyada ilk insan olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO