Yaponiya tarixində bir İLK – NATO sammitində… 

Yaponiya tarixində bir İLK – NATO sammitində… 

Hazırda oxunan: Yaponiya tarixində bir İLK – NATO sammitində… 

77638

Yaponiyanın Baş naziri Fumio Kişida iyunun sonunda Madriddə keçiriləcək NATO sammitində iştirak etməyi düşünür.

Bizim.Media "NHK" telekanalına istinadən xəbər verir ki, F.Kişida NATO iclasında iştirak edən ilk Yaponiya baş naziri ola bilər.

Eyni zamanda, sammitdə o, təkcə Ukraynadakı vəziyyəti deyil, həm də Çin və Şimali Koreyanın hərəkətlərini müzakirə etmək, həmçinin Yaponiyanın müdafiə qabiliyyətini köklü şəkildə gücləndirmək planlarından danışmaq niyyətindədir.

Qeyd edək ki, NATO-nun dövlət və hökumət başçıları səviyyəsində növbəti iclası iyunun 28-30-da baş tutacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO