“Bild” qəzeti Almaniyanın müttəfiqi olan digər NATO ölkələri ilə birgə gizli “nüvə müharibəsi” təlimləri keçirdiyini qeyd edib. Mümkün hər hansı nüvə müharibəsinə hazırlıq xrakteri daşıyan təlimlərin Almaniyanın Nörfenik hava bazasında icra edildiyi qeyd olunur. Nörfenik ABŞ-ın uzaq mənzilli nüvə silahlarının əsas anbarı hesab olunur.
Qəzet alman və NATO hərbçilərinin nüvə silahlarının yeraltı anbarlardan təhlükəsiz şəkildə çıxarılması, daşınması və təyyarələrə yüklənməsini məşq etdiklərini qeyd edib.
Bild-in məlumatına görə, Avropa ölkələri nüvə müharibəsi təhlükəsinin çox yaxın olduğunun fərqindədirlər. Xüsusilə, ABŞ-ın Rusiya ilə orta mənzilli nüvə silahlarının azaldılması haqqında müqavilədən imtina etməsi yeni şübhələr doğurub.
Analitiklərin fikrincə artıq yeni silahlanma yarışı başlayıb. Xatırladaq ki, bir müddət əvvəl ABŞ B-52 bombardmançı təyyyarələrinin Kalininqrad və Qara dənizə hücum təlimləri keçirdiyini də ortaya çıxmışdı.