Meksikada qədim Mayya şəhərinın qalıqları tapıldı - FOTO

Meksikada qədim Mayya şəhərinın qalıqları tapıldı - FOTO

Hazırda oxunan: Meksikada qədim Mayya şəhərinın qalıqları tapıldı - FOTO

77204

Meksikanın Yukatan yarımadasında arxeoloqlar sarayları, piramidaları və meydanları olan qədim Mayya şəhərinin qalıqlarını tapıblar.

Bizim.Media RİA Novosti saytına istinadla xəbər verir ki, ilkin hesablamalara görə, şəhərdə 600-cü ildən 900-cü illərə qədər yaşayış olub.

Dağıntılar Yukatan yarımadasında Merida yaxınlığında sənaye parkının yaradılması üzrə işlərin aparıldığı tikinti sahəsində aşkar edilib.

Qeyd edək ki, həmin memarlıq abidələrində VII—X əsrlərə məxsus (987-1194) klassik Mayya dövrünə aid Puuk üslubunun xüsusiyyətlərini görmək olar.

“Hesab edirik ki, burada müxtəlif sosial təbəqələrin nümayəndələri olan dörd min sakin yaşayırdı. Kahinlər və mirzələr saraylarda, adi insanlar isə kiçik tikililərdə yaşayırdılar”, - deyə arxeoloq Karlos Peraza vurğulayıb.
Tədqiqatçılar arxeoloji qazıntılar aparılan ərazilərə yaxın yerlərdə böyüklərin və uşaqların qəbirlərini də aşkarlayıblar. Onlar həmin dövrdə obsidian və çaxmaq daşından hazırlanan alətlərlərlə, eləcə də digər əşyalarla dəfn ediliblər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO