Britaniya Baş Qərargahının keçmiş rəisi lord Riçard Dannatın sözlərinə görə, Rusiya qoşunları könüllü olaraq Ukraynanın işğal olunmuş ərazilərini tərk etməyəcək.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı BBC telekanalı yazıb.
“Bütün beynəlxalq bəyanatlar Rusiyadan fevralın 24-dək olan sərhədlərə çəkilməsini, Donbasda ələ keçirilən əraziləri geri qaytarmasını tələb edə bilər. Bəs hansı əsasla onlar bu əraziləri verəcəklər?”. General Dannat Sky News-a müsahibəsində belə sual verib.
“Əlbəttə, onlar könüllü getməyəcək, NATO və Qərb ölkələrinin koalisiyası rusları çıxarmaq üçün böyük əməliyyata başlamayacaq”, deyə o, öz sualını belə cavablandırıb.
Britaniyalı hərbçinin fikrincə, real danışıqlar yalnız o halda başlayacaq ki, ukraynalılar Donbasda müdafiəni möhkəm saxlayacaq, rus qoşunlarının gücü tükənəcək və yalnız tutduqları ərazi ilə kifayətlənəcək.
Lord Dannat hesab edir ki, bunun üçün prezident Zelenski Ukrayna ərazisinin 10-15%-nin Rusiyanın nəzarətində qalacağını qəbul etməli olacaq.
Onun sözləri son vaxtlar Qərb mediasında dərc olunan nəşrlər və bir sıra avropalı və amerikalı siyasətçilərin Kiyevi Rusiya ilə sülh bağlamaq üçün ərazilərin bir hissəsinin itirilməsi ilə barışmağa çağıran bəyanatlarına uyğun gəlir.
Prezident Zelenskinin özü, eləcə də Ukrayna hakimiyyətinin digər nümayəndələri qəti şəkildə bildiriblər ki, Ukrayna ərazisinin hər hansı bir hissəsinin itirilməsi müqabilində dinc nizamlamanın heç bir variantı ilə razılaşmayacaqlar.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:23 / 31.05.2022
Britaniyalı general: Ruslar öz istəkləri ilə Ukraynanı tərk etməyəcək
Hazırda oxunan: Britaniyalı general: Ruslar öz istəkləri ilə Ukraynanı tərk etməyəcək
Hazırda oxunan: Britaniyalı general: Ruslar öz istəkləri ilə Ukraynanı tərk etməyəcək
77002
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.