Rusiya hərbçiləri Qara dənizdə Türkiyədən gələn 12 balıqçını saxlayıb. Hadisə Rusiyanın işğalı altında olan Krım sahillərində baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə CNN Türk məlumat yayıb.
Nəşrin yazdığına görə, mayın 15-də içərisində 12 balıqçı olan iki türk gəmisi Qara dənizdə Rusiya Federasiyasının müvəqqəti işğal etdiyi Krım yarımadasının sahillərinə yaxınlaşıb. Rus gəmisi onlara yaxınlaşıb və türk balıqçılar saxlanılıb.
Türkiyə vətəndaşları Sevastopola aparılıb. Onların qayıqları, bütün ovları müsadirə edilib, həmçinin 30 min dollar cərimə ödəyiblər.
Türkiyə Xarici İşlər Nazirliyi balıqçıların Türkiyəyə gətirilməsi üçün hazırda diplomatik cəhdlər edir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
18:39 / 29.05.2022
Rusiya hərbçiləri Qara dənizdə türk dənizçilərini saxladı
Hazırda oxunan: Rusiya hərbçiləri Qara dənizdə türk dənizçilərini saxladı
Hazırda oxunan: Rusiya hərbçiləri Qara dənizdə türk dənizçilərini saxladı
76744
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.