“Ukrayna deyirsə, bütün ərazilərini bərpa edəcək, deməli istəyinə nail olacaq. Bu, müstəqillik və suverenlik məsələsidir”.
Bizim.Media “Kanal 24”- ə istinadən xəbər verir ki, bu fikirləri Ukrayna prezidenti Volodimir Zelenski Davosda təşkil edilən “Ukrayna səhər yeməyi”nə videobağlantı ilə qoşularkən deyib.
Onun sözlərinə görə, rəsmi Kiyev bütün ərazilərini geri qaytaranadək vuruşacaq.
“Biz danışıqlar mərhələsinə o zaman keçə bilərik ki, ən azı Rusiya tərəfi qanlı müharibədən diplomatiyaya keçmək bacarığını və istəyini göstərsin. Bu, Rusiya Federasiyasının heç olmasa nəsə nümayiş etdirdiyi halda mümkündür. Məsələn, qoşunlarını fevralın 24-nə qədər olduqları əraziyə geri çəkməlidirlər”, - Ukrayna prezidenti bildirib.
Zelenskinin sözlərinə görə, ruslar danışıqlara ciddi yanaşmırlar, maraqları yoxdur.
“Yeganə müsbət məqam, əgər belə adlandırmaq olarsa, tərəflərin “Azovstal”ın blokadadan çıxarılması və insanların Mariupoldan təxliyə edilməsi barədə danışığa başlamasıdır”, - deyə Ukrayna lideri əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:10 / 25.05.2022
Zelenskidən Rusiya ilə müharibənin sona çatması ilə bağlı YENİ MESAJ– VİDEO
Hazırda oxunan: Zelenskidən Rusiya ilə müharibənin sona çatması ilə bağlı YENİ MESAJ– VİDEO
Hazırda oxunan: Zelenskidən Rusiya ilə müharibənin sona çatması ilə bağlı YENİ MESAJ– VİDEO
76087
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.