Ukraynada benzinin qiyməti 30 faizədək bahalaşdı

Ukraynada benzinin qiyməti 30 faizədək bahalaşdı

Hazırda oxunan: Ukraynada benzinin qiyməti 30 faizədək bahalaşdı

75850

Ukraynada benzin və dizel yanacağının orta pərakəndə satış qiymətləri son bir həftədə 22-30 faiz bahalaşıb.

Bizim.Media xəbər verir ki, A-92 markalı benzinin orta pərakəndə satış qiyməti litri 8,93 qrivna bahalaşaraq 48-49 qrivna olub. A-95 markalı benzin isə litri 11-12 qrivna bahalaşaraq 51-52 qrivna olub.

Bundan əlavə, dizel yanacağının pərakəndə satış qiyməti litri 56,49 qrivna, maye qazın pərakəndə satış qiymətləri 39,24 qrivna təşkil edib.

Ekspertlər Ukraynada yanacağın qiymətinin yenə də artacağını proqnozlaşdırırlar.

Qeyd edək ki, Ukraynada benzin və dizel yanacağının qıtlığı müşahidə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO