Müharibədən qaçan ukraynalı qadınlar Avropada FAHİŞƏLİYƏ CƏLB EDİLİR

Müharibədən qaçan ukraynalı qadınlar Avropada FAHİŞƏLİYƏ CƏLB EDİLİR

Hazırda oxunan: Müharibədən qaçan ukraynalı qadınlar Avropada FAHİŞƏLİYƏ CƏLB EDİLİR

75819

Müharibə başlayandan sonra övladlarının və özlərinin təhlükəsizliyini təmin etmək üçün Avropanın müxtəlif ölkələrinə gedən ukraynalı qadınlar insan alverçilərinin hədəfindədir.

Bizim.Media BBC-yə istinadən xəbər verir ki, ukraynalı qadınların ən çox seçdiyi ölkələrdən biri olan Polşada təhlükə daha böyükdür. 

İngiltərədə bir ailənin evinə sığınan ukraynalı gənc qadının yaşadıqları isə dünya mediasında gündəm olub.
Sofiya Karkadım adlı 22 yaşlı ukraynalı qadını evlərində qonaq edən Qarnet cütlüyünün 10 illik evliliyi cəmi 10 günə, yəni ukraynalı qadının evdə qonaq olmağa başlaması ilə sona çatıb. Toni Qarnetin arvadı Lorna Qarneti gənc ukraynalı qadın üçün tərk etdiyi məlum olub. Lakin sonradan məlum olub ki, o, Sofiyaya təcavüz edib. 

İrlandiyanın ən böyük onlayn eskort saytında ukraynalı qadınlarla bağlı “müharibə fantaziyası” adlı bölmə yaradılıb. 

Saytın istifadəçilərinə etdiyi bu təklif ölkədə böyük hiddətə səbəb olub. Ekspertlərin fikrincə, ukraynalı qaçqınlar məsələsi Avropa ölkələrinin ən mühüm problemlərindən birinə çevrilmək üzrədir.

Oral Mədənçi, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO