Nəhəng dalğa gənc qızı belə uddu -  VİDEO

Nəhəng dalğa gənc qızı belə uddu - VİDEO

Hazırda oxunan: Nəhəng dalğa gənc qızı belə uddu - VİDEO

75603
İrlandiyaya turist olaraq gedən 21 yaşlı bir qız möcüzə sayəsində ölümdən qayıdıb. 

Hadisə keçən həftə Irlandiyanın Inişmor adasındakı Qoluey körfəzində baş verib. Apu Qupta adlı qız 12 metr hündürlüyündə bir qayanın üstünə çıxaraq dalğaları seyr edirmiş. Onun anası və bir neçə digər turist isə daha təhlükəsiz bir yerdə kamera ilə çəkirmiş. Lakin gözlənilmədən hündür dalğa yaranıb və qızı yıxıb.

Turistlərdən biri Simus Makkartinin sözlərinə görə, onlar əvvəl edə biliblər ki, dalğa qızı dənizə atıb. "Amma su çəkiləndən sonra gördük ki, qız bir qaya çıxıntısına ilişib. Lakin aldığı zədələrə görə tərpənə bilmir", - deyə həmin turist bildirib. 

Simusun rəfiqəsi kömək üçün təcili olaraq yaxınlıqdakı məskunlaşmış əraziyə qaçıb. Gələn adamlar bir neçə gödəkçəni və çantanı bir-birinə bağlayaraq zədəli qızı həmin yerdən çıxarıblar. Bundan sonra gənc qız helikopterlə xəstəxanaya çatdırılıb.(anspress.com)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO