Finlandiya və İsveçin NATO-ya üzvlüyü doğrudanmı Rusiyanı narahat etmir? – Çex mətbuatı

Finlandiya və İsveçin NATO-ya üzvlüyü doğrudanmı Rusiyanı narahat etmir? – Çex mətbuatı

Hazırda oxunan: Finlandiya və İsveçin NATO-ya üzvlüyü doğrudanmı Rusiyanı narahat etmir? – Çex mətbuatı

75577

Finlandiya və İsveçin NATO-ya üzvlüyünün heç nəyi dəyişməyəcəyinə və Rusiyanın sakit dayanmağına inanmaq çətindir.

Bizim.Media “inosmi.ru”ya istinadən xəbər verir ki, bu fikirləri Çexiyanın “Çasopis arqument” nəşrində Veranika Suşova yazıb.

Məqalə müəllifi Moskvanın narazılığının iki strateji səbəbini qeyd edir.

Finlandiya və İsveçin NATO-ya daxil olmasına Rusiyanın təmkinli reaksiyası bəzilərində belə təəssürat yaradıb ki, Rusiya üçün bu iki ölkənin NATO-ya daxil olması “normal” haldır. Xarici işlər naziri Sergey Lavrov bildirib ki, Finlandiya və İsveçin NATO-ya üzvlüyü “heç nəyi dəyişməyəcək”, çünki NATO artıq hər iki ölkədə aktivdir və hər ikisi çoxdan NATO hərbi təlimlərində iştirak edir.

Vladimir Putin NATO ilə bağlı Rusiyanın rəsmi hərbi doktrinasında işlədilən “təhdid” və ya “hərbi təhlükə” ifadəsini dilə gətirməyib. Düzdür, Lavrov bunu da əlavə edib:

"Gəlin görək onların ərazisindən  Şimali Atlantika Alyansı necə istifadə edəcək, biz buna görə bir nəticə çıxaracağıq".

Ola bilsin ki, “heç nəyi dəyişməyəcək” ehtiyatlı ritorikası Rusiya rəhbərliyinin Ukrayna siyasəti ilə onun mənfi nəticələri arasında əlaqəni neytrallaşdırmaq istəyi ilə izah olunur ki, bunlardan biri də Finlandiya və İsveçin NATO-ya daxil olmasıdır. Bir sözlə, Putin Ukraynanı alyansdan kənarda saxlamaq üçün mübarizə apararır, Finlandiya isə rəsmi olaraq bura daxil olmaga və NATO-nun Rusiyanın bütün şimal-şərq sərhədində yerləşməsinə çalışır.

Bundan əlavə, təmkinli cavab Helsinki və Stokholma NATO çərçivəsində nəsə etməmək üçün açıq xəbərdarlıqdır. Rəsmi açıqlamalara baxmayaraq, Moskvanın narazılığı özünü hiss etdirdi. Mayın 17-də o, iki Finlandiya diplomatını ölkədən çıxardı. Rəsmi səbəb kimi NATO-nun adı çəkilməsə də, bu addım heç də boş yerə atılmadı.

Rusiyanın strateji narahatlığının isə iki vacib səbəbi var.

Birinci səbəb. Baltik dənizi faktiki olaraq tamamilə NATO-nun nəzarətinə keçir. Rusiya bu ərazidə tək qalır. Baltik dənizinin isə Rusiyanın təhlükəsizliyi, eləcə də rabitə (nəqliyyat, ticarət) üçün strateji əhəmiyyəti çoxəsrlik tarixlə təsdiqlənib.

Əslində, Qara dəniz regionunda vəziyyət təkrarlanır, burada NATO-ya daxil olmayan Rusiyanın qonşusu kimi yalnız Gürcüstan qalır (ancaq Ukrayna da var, amma Rusiya rəsmi Kiyevi “anti-Rusiya” hesab edir). Hər iki dəniz Rusiyanın qərb oxundakı iki strateji nöqtə olaraq qalır. Mayın 17-də Rusiya Baltik Dənizi Dövlətləri Şurasından çıxdı və bunu belə əsaslandırdı:

"Avropa İttifaqı və NATO ölkələri bu platformada bərabərhüquqlu dialoqdan imtina etdilər. Qərb dövlətləri öz fürsətçi məqsədləri üçün Şuranı inhisara aldılar. Bu birlik (Avropa İttifaqı və NATO) Şuradan Rusiyanın maraqlarının zərərinə istifadə edir”.

İkinci səbəb. Son vaxtlar yeni rəqabət meydanına çevrilmiş Arktikada vəziyyəti dəyişəcək. Arktikada Rusiya başqa şeylərlə yanaşı, ABŞ-la rəqabət aparır. İndi Rusiya orada da tək qalacaq. Təbii ki, Finlandiya və İsveç Arktikanı Rusiya ilə başqa bir qarşıdurma meydanına çevirməkdə maraqlı olmayacaqlar. Bununla belə, NATO-ya üzvlük onların manevr imkanlarını dəyişəcək. Qarşıdurma riski, təəssüf ki, artacaq.

Buna görə də Moskvanın təmkinli reaksiyası daha çox gözləmə xarakteri daşıyır, həm də ölkə daxilində “xüsusi hərbi əməliyyatın” nəticələrini kamuflyaj etmək cəhdidir. Ümumiyyətlə, Rusiya Finlandiya və İsveçin NATO-ya üzvlüyünə fərqli münasibət göstərir. Ukrayna ilə bağlı isə başqa mövqe sərgiləmişdi.

Və nəticə. Gözləmə mövqeyi tutan Moskva  İsveç və Finladiynaın növbəti addımlarını diqqətlə izləyir, deməli heç də özünü təmkinli aparmır, çünki neytrallıq ilə üzvlük arasındakı “fərqi” mükəmməl başa düşür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO