Aİ-nin İranla nüvə danışıqları üzrə koordinatoru Frankfurtda həbs edildi

Aİ-nin İranla nüvə danışıqları üzrə koordinatoru Frankfurtda həbs edildi

Hazırda oxunan: Aİ-nin İranla nüvə danışıqları üzrə koordinatoru Frankfurtda həbs edildi

74127

Avropa İttifaqının (Aİ) xarici siyasət xidməti rəhbərinin müavini, Vyanada İranla nüvə danışıqları üzrə koordinatoru Enrike Mora Frankfurt aeroportunda yerli polis tərəfindən saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Mora “Twitter“ hesabında paylaşım edib. 

Enrike Moranın bildirdiyinə görə, Tehrandan Brüsselə qayıdarkən polis onu heç bir izahat vermədən hava limanında həbs edib, pasportunu və telefonunu müsadirə edib.

Enrike Mora daha sonra isə sərbəst buraxıldığını bəyan edib.

Eyni zamanda, Aİ-nin Vyanadakı BMT səfiri və Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) İran üzrə işçi qrupunun rəhbərinin həbs edildiyi, lakin onların ayrı-ayrılıqda saxlanıldığı bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO