Bu ölkədə koronavirusa ilk yoluxma: Lokdaun tətbiq edildi

Bu ölkədə koronavirusa ilk yoluxma: Lokdaun tətbiq edildi

Hazırda oxunan: Bu ölkədə koronavirusa ilk yoluxma: Lokdaun tətbiq edildi

73914

Şimali Koreyanın hakimiyyət orqanları ölkədə koronavirusa ilk yoluxma halları barədə məlumat yayıb.

Bizim.Media Cənubi Koreyanın Yonhap xəbər agentliyinə istinadən xəbər verir ki, Omikron variantına yoluxma halları Pxenyanda aşkar edilib.

Mayın 8-də COVID-19 simptomları olan sakinlərdən testlər götürülüb. Bundan sonra bütün ölkə ərazisində maksimum fövqəladə vəziyyət rejimi tətbiq edilib və karantin rejimi elan edilib. Nə qədər insanın yoluxduğu məlum deyil.
Şimali Koreya lideri Kim Çen In tabeliyində olanlara virusun yayılmasının qarşısını almağı əmr edib.

O, gözlənilmədən yaranan böhrandan ölkənin qalib gələcəyinə söz verib. 

“Ölkənin bütün mahal və şəhərlərində hər bir bölgə bağlanmalı, zərərli virus yayılmamalıdır. Biz qəfil yaranmış böhranı dəf edəcəyik və mütləq qalib gələcəyik”. Kim Çen In cümə axşamı KXDR Fəhlə Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun xüsusi çağırılmış iclasında belə deyib.

O, ölkə sərhədlərində nəzarətin gücləndirilməsi barədə də göstəriş verib.

KXDR hakimiyyəti daha əvvəl bəyan etmişdi ki, pandemiya zamanı ölkədə bir dənə də olsun koronavirusa yoluxma halı qeydə alınmayıb. 

Rəsmilərin fikrincə, sərhədlərin tamamilə bağlanması virusun ölkəyə daxil olmasının qarşısının alınmasına kömək edib. 

Pxenyan hətta beynəlxalq Covax mexanizmi çərçivəsində peyvənd qəbul etməyib və dərmanlar digər ölkələr arasında paylanıb.

Ekspertlər KXDR-in koronavirusun ölkəyə daxil olmasının qarşısını ala bildiyinə şübhə ilə yanaşdılar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO