Azov dənizində türk gəmisi yanır: Göyərtəsində Azərbaycan vətəndaşları da var

Azov dənizində türk gəmisi yanır: Göyərtəsində Azərbaycan vətəndaşları da var

Hazırda oxunan: Azov dənizində türk gəmisi yanır: Göyərtəsində Azərbaycan vətəndaşları da var

73649

Rusiyanın Krasnodar diyarının Azov dənizində, Temryuk limanında lövbər salan türk yük gəmisində yanğın baş verib. 

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı TASS-a “Rosmorreçflot”un mətbuat xidməti yayıb.

"Temryuk limanında dayanan Türk gəmisi yanır. Kömək istəmirlər, deyirlər ki, özləri öhdəsindən gələcəklər", - agentliyin həmsöhbəti bildirib.

Alınan son məlumata görə, gəmidə  Hindistan, Azərbaycan və Türkiyənin 13 vətəndaşı var.  Vanuatu bayrağı altında üzən yük gəmisinin göyərtəsində kommersiya yükləri və taxıl bitkilərinin olduğu deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO