Ərdoğandan Suriya qaçqınları ilə bağlı AÇIQLAMA: “Qovmayacağıq”

Ərdoğandan Suriya qaçqınları ilə bağlı AÇIQLAMA: “Qovmayacağıq”

Hazırda oxunan: Ərdoğandan Suriya qaçqınları ilə bağlı AÇIQLAMA: “Qovmayacağıq”

73496

Türkiyə müharibədən qaçan və qan tökən suriyalıları sona qədər dəstəkləyəcək.

Bizim.Media “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Müstəqil Sənayeçi və Sahibkarlar Dərnəyinin (MÜSİAD) İstanbulda təsis etdiyi “Türkiyə Gücü” mükafatlandırma mərasimində çıxışı zamanı deyib.

“Heç bir halda suriyalı qaçqınları bu torpaqlardan qovmayacağıq. Biz bu insanları qatillərlə tək qoymayacağıq. Onlar könüllü olaraq öz vətənlərinə qayıda biləcəklər”, - Türkiyə lideri vurğulayıb.

Eyni zamanda o, qeyd edib ki, Ankara Suriyanın şimalında məcburi köçkünlər üçün ən azı 100 min briket evinin tikintisi layihələrini həyata keçirməyi planlaşdırır.

Dövlət başçısı daha sonra diqqəti son aylarda rekord ixrac göstəricilərinin qeydə alındığı ölkədəki iqtisadi vəziyyətə yönəldib.

Prezident xatırladıb ki, 2021-ci ilin sonuna Türkiyə ixracının həcmi 225 milyard dollara çatıb və bu il üçün hökumət və özəl sektor qarşısına daha iddialı məqsədlər qoyub:

“Türkiyənin ixracatının idxala nisbəti enerji istisna olmaqla, 100%-ə çatıb. Əgər 20 il əvvəl ölkəmiz ildə cəmi 36 milyard dollarlıq məhsul ixrac edirdisə, bu ilin sonuna qədər bu rəqəmi 250 milyard dollara çatdırmağı planlaşdırırıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO