Ukrayna Aİ-yə namizəd statusu almaq üçün anketin ikinci hissəsini doldurdu

Ukrayna Aİ-yə namizəd statusu almaq üçün anketin ikinci hissəsini doldurdu

Hazırda oxunan: Ukrayna Aİ-yə namizəd statusu almaq üçün anketin ikinci hissəsini doldurdu

73473

Ukrayna Avropa İttifaqına namizəd statusu almaq üçün anketin ikinci hissəsini doldurub və onu Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə nümayiş etdirib. 

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin teleqram kanalında bildirilib. 

Məlumata görə, hadisə Ukraynanın dövlət başçısının avropalı siyasətçi ilə videokonfrans formatında görüşü zamanı olub. 

Qeyd edək ki, fevralın 28-də Volodimir Zelenski Ukraynanın Avropa İttifaqına üzvlüyü üçün ərizə imzalayıb.

Aprelin 8-də Kiyevə səfəri zamanı Avropa Komissiyasının sədri fon der Lyayen Ukrayna Prezidentinə sorğu vərəqəsini təqdim edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO