Britaniya kəşfiyyatı Rusiyanın Ukraynadakı səhvlərini açıqladı

Britaniya kəşfiyyatı Rusiyanın Ukraynadakı səhvlərini açıqladı

Hazırda oxunan: Britaniya kəşfiyyatı Rusiyanın Ukraynadakı səhvlərini açıqladı

73322

Böyük Britaniyanın Müdafiə Nazirliyi Ukraynanı işğal edən rus qoşunlarının komandanlığındakı problemləri dərc edib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya xarici mətbuatda yer alıb. 

Britaniya kəşfiyyatının hesabatında deyilir ki, “komandirliklə bağlı çətinliklər və Rusiyanın cəbhə xəttində qeyri-müəyyən hərəkətləri rəhbərliyi (Müdafiə Nazirliyi nəzərdə tutulur)  döyüş meydanına gəlməyə və əməliyyatı öz üzərinə götürməyə məcbur edib”.

Qeyd edilir ki, planlaşdırmada edilən səhv Rusiyanın Ukraynaya qarşı müharibədə irəliləyişinə xələl gətirir.

"Komandirlərin cəhbə xəttinə gətirilməsi onları əhəmiyyətli dərəcədə risk altında qoydu və nəticədə bir neçə rus zabiti həlak oldu. Ölənlərin yerinə təyin edilmiş zabitlər arasında əməliyyat komandanlığı təcrübəsinin nisbətən azlığını nəzərə alsaq, bu problemlər davam edəcək”, Müdafiə Nazirliyi yazır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO