\

\"Donetsk və Tavriya istiqamətlərində intensiv döyüşlər davam edir\" - Ukrayna MN

Hazırda oxunan: \"Donetsk və Tavriya istiqamətlərində intensiv döyüşlər davam edir\" - Ukrayna MN

73003

“Rusiya ordusu şərq əməliyyat zonasında hücumu dayandırmır. Bu, onlara Donetsk və Luqansk vilayətlərində tam nəzarəti bərqərar etmək və Krımla quru dəhlizini saxlamaq üçün lazımdır”. 

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi “Facebook” səhifəsindı məlumat paylaşıb. 

Bildirilib ki, şimal istiqamətində isə ciddi hücumlar müşahidə edilməyib:

“Bölmələr yenidən qruplaşdırılır, onların döyüş qabiliyyəti bərpa olunur. Qoşunlarımızın mövqelərini və irəliləmə istiqamətlərini müəyyənləşdirmək üçün Rusiya Silahlı Qüvvələri hava kəşfiyyatı aparır. Donetsk və Tavriya istiqamətlərində intensiv döyüşlər davam edir”. 

“Son sutkada Rusiya ordusunun 15 hava hədəfi vurulub:

“14 PUA və 1 təyyarə məhv edilib. Həmçinin Donetsk və Luqansk vilayətlərində qarşı tərəfin 11 hücumunun qarşısı alınıb. Ötən gün Rusiya ordusunun 8 tankı, 11 zirehli döyüş maşını vurulub” – deyə məlumatda qeyd edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO