SSRİ-nin dağıdılmasına imza atan Belarusun ilk rəhbəri vəfat etdi

SSRİ-nin dağıdılmasına imza atan Belarusun ilk rəhbəri vəfat etdi

Hazırda oxunan: SSRİ-nin dağıdılmasına imza atan Belarusun ilk rəhbəri vəfat etdi

72657

Müstəqil Belarusun ilk rəhbəri Stanislav Şuşkeviç 87 yaşında vəfat edib. 

Bizim.Media “Ukrainskaya Pravda“ya istinadən xəbər verir ki, bu barədə onun həyat yoldaşı bildirib. Stanislav Şuşkeviç Minskdə vəfat edib. 

Qeyd edək ki, COVID-19-a yoluxan Şuşkeviç aprel ayının sonlarında reanimasiyaya yerləşdirilib. İki gün sonra isə o, xəstəxanadan evə buraxılıb. 

Xatırladaq ki, Stanislav Suşkeviç 1991-1994-cü illərdə Ali Sovetin sədri kimi Belarus dövlətinə rəhbərlik edib. O, 1991-ci ildə SSRİ-nin dağıdılması və MDB-nin yaradılması barədə Belovej sazişinə Belarus tərəfdən imza atıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO