Əlindəki qılıncla küçələrdə gəzərək İŞİD üzvlərini axtaran adam ”“  VİDEO

Əlindəki qılıncla küçələrdə gəzərək İŞİD üzvlərini axtaran adam ”“ VİDEO

Hazırda oxunan: Əlindəki qılıncla küçələrdə gəzərək İŞİD üzvlərini axtaran adam ”“ VİDEO

72461
İraq telekanallarından biri İŞİD terror təşkilatına qarşı başladılmış əməliyyatda adı və görünüşü ilə digər əsgərlərdən fərqlənən bir adamın görüntülərini yayımlayıb. Moderator.az bizimyol.info-ya istinadən xəbər verir ki, adının Əbu Əzrail olduğu deyilən qara geyimdə, qorxunc görünüşə sahib olan şəxs, İŞİD döyüşçülərinə meydan oxuyur. Əbu Əzrail çox hissəsi azad edilmiş Tikrit şəhərinin küçələrində "qorxaqlar" deyə bağıraraq İŞİD döyüşçülərini axtarır. Əbu Əzrailin onlarla İŞİD döyüşçüsünü öldürdüyü deyilir. İraqlı şiələrdən ibarət "İmam Əli" briqadasında tabur komandiri olan bu şəxs əvvəllər universitet müəllimi olub. Qeyd edək ki, Tikrit şəhərinin çox hissəsi artıq İŞİD döyüşçülərindən təmizlənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO