ABŞ-ın Latvyaya 100-dən çox tank, müxtəlif təyinatlı zirehli texnika yeritməsi beynəlxalq siyasi arenada fərqli aspektlərdən şərh edilməkdədir. Bəzi siyasilər hesab edir ki, ABŞ-ın Avropanın müxtəlif bölgələrində həyata keçirdiyi təlimlərə paralel olaraq Latviyaya xeyli sayda ağır texnika cəlb etməsi, hər şeydən öncə Rusiyaya psixoloji baxımdan təzyiq göstərməyə hesablanıb. Politoloqların fikrincə, ABŞ bununla Avropadakı müttəfiqlərini müdafiə etməkdə qərarlı olduğunu sərgiləməklə yanaşı, həm də Rusiyadan çəkinmədiyini, gərəkirsə onunla üz-üzə gələ biləcəyi mesajını verir.
Ekspertlər arasında ABŞ-ın Avropada Rusiyaya qarşı real cəbhə
formalaşdırdığını iddia edənlər də yox deyil. Onların fikrincə, ABŞ Avropanı
davamlı surətdə təhdid edən Rusiyaya qarşı real güc mərkəzi yaratmaqla, lazımi
məqamda Kremlin istilaçı siyasətinə operativ şəkildə müdaxilə etmək niyyətindədir.
Məsələ ilə bağlı Moderator.az saytı və “Hürriyyət”x9d qəzetinə açıqlama verən
politoloq Hikmət Hacızadə indiki məqamda ABŞ tərəfindən atılan addımların
psixoloji təzyiq məqsədi daşıdığını vurğuladı. Politoloqun sözlərinə görə, bu,
həm də ABŞ ictimaiyyətini sakitləşdirmək, onların rəğbətini qazanmaq üçün
atılan addımlardır:
“Hələ ki, bu, psixoloji bir təzyiqdir. Bu, ABŞ ictimaiyyəti və konqresi
üçün gerçəkləşdirilən bir addımdır. Hər yerdə olduğu kimi ABŞ-da da “qartallar”x9d,
“şahinlər”x9d var. Deyirlər ki, “nə oldu, bir şey eləmirsiniz?”x9d Bunlar da öz növbələrində
söyləyir ki, bu qədər tank göndərdik, bu addımları atdıq və s. Hələ ki, baş verənlər
daxilə hesablanan addımlardır. Lakin gələcəkdə hər şey dəyişə də bilər”x9d.
Ekspertin sözlərinə görə, rus və ABŞ ordusunun üz-üzə gəlməsi indiki məqamda
nə qədər inanılmaz görünsə də, elə bir an yetişə bilər ki, bu ehtimal reallaşa
bilər:
“Bəli, elə bir an yetişə bilər
ki, Rusiya və ABŞ-ın hərbi müstəvidə üz-üzə gəlməsi qaçınılmaz ola bilər. Hər
şey proseslərin gedişatından asılı olacaq. Proseslər elə məcrada inkişaf edə
bilər ki, belə bir qarşıdurma qaçınılmaz ola bilər”x9d.
Seymur Əliyev





























































































