Tramp iraqlı uşaqları öldürən qatilləri əfv etdi

Tramp iraqlı uşaqları öldürən qatilləri əfv etdi

Hazırda oxunan: Tramp iraqlı uşaqları öldürən qatilləri əfv etdi

7138

Çərşənbə axşamı ABŞ prezidenti Donald Tramp 4 özəl təhlükəsizlik şirəkəti olan “Blackwater” üzvünün əfv olunması ilə bağlı qərar verib. Qərar xüsusilə İraqda şiddətlı narazılıqlara səbəb olub.

ABŞ özəl təhlükəsizlik şirkəti olan “Blackwater” tərəfindən 2007-ci ildə Bağdadın Nisour meydanında 9 və 11 yaşlı uşaqlar da daxil olmaqla 17 nəfər iraqlı mülki şəxs öldürülmüşdü.

2014-cü ildə ABŞ federal məhkəməsi dörd keçmiş Blackwater mənsubu hərbiçini - Nikolas Slatten, Pol Slaf, Evan Liberti və Dastin Hard - qətliamda günahkar hesab etmiş və hamısını uzun müddətli həbs cəzasına məhkum etmişdi.

Xatırladaq ki, mübahisəli özəl təhlükəsizlik şirkəti olan “Blackwater” Donald Trampın təhsil üzrə katibi Betsy DeVosun qardaşı Erik Prince tərəfindən qurulub.

Şirkətlə ABŞ höküməti 2014-cü ildə 1 milyard dollar dəyərində müqavilə imzalayıb. Müqaviləyə əsasən ABŞ ordusunun xidmət etdiyi ərazilərdə təhlükəsizliyin təmin olunması “Blackwater” şirkətinə həvalə olunurdu.

Lakin keçən müddət ərzində şirkətin öz fəaliyyətində qanunsuzluqlara yer verməsi və dinc əhalinin öldürülməsi ilə nəticələnən hadisələrdə iştirak etdiyi məlum olmuşdu.

Rəvan Əiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO