Ümrə ziyarətinə gedən zəvvarlar öldü - SƏBƏB

Ümrə ziyarətinə gedən zəvvarlar öldü - SƏBƏB

Hazırda oxunan: Ümrə ziyarətinə gedən zəvvarlar öldü - SƏBƏB

71208

Səudiyyə Ərəbistanının Ciddə şəhəri yaxınlığında beş vermiş iki ağır yol qəzasında Ümrə ziyarətinə gedən 9 misirli və sudanlı zəvvar ölüb.

Bizim.Media Misir Xarici İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, zəvvarları daşıyan avtobuslar qarşıdan gələn nəqliyyat vasitələri ilə toqquşub.

Səudiyyə rəsmiləri yaralıların Ciddədəki klinikalara çatdırıldığını bildiriblər. Misirin Səudiyyə Ərəbistanındakı səfirliyi onların müalicəsini nəzarət altında saxlayır.

Misir XİN-in məlumatında qeyd edilib ki, həyatını itirən zəvvarların yaxınları onların Mədinədəki Əl-Bəqi qəbiristanlığında dəfn edilməsi barədə müraciət ediblər. Bu məzarlıqda Məhəmməd Peyğəmbərin yaxınları və əshabələri dəfn edildiyi üçün müsəlmanlar orada dəfn olunmağı şərəf sayırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO