Norveç Ukraynaya 100 ədəd raket kompleksi göndərdi

Norveç Ukraynaya 100 ədəd raket kompleksi göndərdi

Hazırda oxunan: Norveç Ukraynaya 100 ədəd raket kompleksi göndərdi

70524

Norveç Ukraynaya yüz ədəd “Mistral” zenit-raket kompleksi bağışlayıb. 

Bizim.Media “RBK-Ukrayna” nəşrinə istinadən xəbər verir ki, bu barədə Norveç Müdafiə Nazirliyinin hesabatında yazılıb.

Mənbə qeyd edir ki, raketlər aşağı hündürlükdə uçan təyyarə və helikopterləri vurmağa qadirdir.

Norveçin müdafiə naziri Byorn Arild Qram bildirib ki, Ukraynada müharibə uzana bilər və rəsmi Kiyevin beynəlxalq dəstəyə ehtiyacı var. 

“Mistral” hava hücumundan müdafiə raket sistemi artıq donanmada istifadə olunan effektiv silahdır və Ukraynaya böyük fayda verəcək”, - o deyib.

“Hazırda Norveç ordusu tərəfindən istismardan çıxarılan 100-ə yaxın “Mistral” zenit-raket kompleksi Ukraynaya təhvil verilib. Bundan əlavə, 4 min tank əleyhinə raketin və bir neçə növ qoruyucu vasitələrin və digər hərbi texnikanın təhvil verilməsi barədə qərar qəbul edilib”, - deyə məlumatda bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO