Ərdoğandan Qarabağla bağlı YENİ AÇIQLAMA: “Sülhə böyük fürsət yaranıb”

Ərdoğandan Qarabağla bağlı YENİ AÇIQLAMA: “Sülhə böyük fürsət yaranıb”

Hazırda oxunan: Ərdoğandan Qarabağla bağlı YENİ AÇIQLAMA: “Sülhə böyük fürsət yaranıb”

70298

"Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bölgədə davamlı sülhə nail olmaq imkanları üçün böyük fürsət yaranıb".
 

Bizim.Media xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan bu fikirləri Türkiyədə akkreditasiya olunan səfirlər üçün təşkil olunan “Səfirlər üçün ənənəvi iftar proqramı”ndakı çıxışında deyib. 

Gündəlikdə olan qlobal problemlərdən bəhs edən dövlət başçısı diqqətə çatdırıb ki, Türkiyə qonşu Ermənistanla normallaşma prosesini səmimiyyətlə davam etdirir.

Prezident çıxışında Rusiya-Ukrayna müharibəsinin və Suriya böhranının həlli yollarına və digər aktual məsələlərə toxunaraq qeyd edib ki, dünyada sülh, sabitlik və inkişafa nail olmaq yeganə düzgün yoldur və Türkiyənin bu məsələlərdə mövqeyi dəyişməz qalır.

Hakim Ədalət və İnkişaf Partiyasının Mərkəzi Qərargahında keçirilən proqramda Azərbaycanı ölkəmizin Türkiyədəki səfiri Rəşad Məmmədov təmsil edib.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO