Məşhur brend məhsullarını ruslara satmayacaq

Məşhur brend məhsullarını ruslara satmayacaq

Hazırda oxunan: Məşhur brend məhsullarını ruslara satmayacaq

69681

Rusiyanın məşhur modeli Natalya Vodyanovanın qayınatası Bernard Arnaulta məxsus olan LVMH (Christian Dior, Louis Vuitton, Givenchy, Bulgari və digər brendlər) holdinqi ruslara mal satmaqdan imtina edir.

Bizim.Media xəbər verir ki, Barselona və Almaniyadakı “Celine” butikləri LVMH-nin yeni qaydalarını tətbiq edib.

Belə ki, ruslar yalnız başqa vətəndaşlıqları olduğu halda Fransız moda evindən nəsə ala bilərlər.

“Əgər siz Almaniyaya qısa müddətə uçursunuzsa və Rusiyaya qayıtmağı planlaşdırırsınızsa, biz sizə LVMH qrupunun brendlərinin məhsullarını sata bilməyəcəyik. Belə şərtlər yeni sanksiyaları diktə edir.

Təəssüf ki, onlar məhdudiyyətlərin tətbiq olunduğu hökuməti deyil, sadə insanları narahat edir. Əgər Avropanın istənilən yerində rezidenturanız varsa, biz sizə xidmət etməkdən məmnun olarıq”, – Hamburqdakı “Celine” mağazasının meneceri bildirib.
Qeyd edək ki, Rusiya ərazisində mağazaları olan 100-dən çox dünyaca məşhur brend fəaliyyətlərini dondurublar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO