Putin qaz pulunun avro ilə ödənilməsinə icazə verdi

Putin qaz pulunun avro ilə ödənilməsinə icazə verdi

Hazırda oxunan: Putin qaz pulunun avro ilə ödənilməsinə icazə verdi

69630

Rusiya prezidenti Vladimir Putin Avstriya kansleri Karl Nehammerlə söhbəti zamanı Moskvanın qaz tədarükünü avro ilə ödəmək variantını saxlayacağını bildirib. 

Bizim.Media xəbər verir ki, Nehammer bu barədə DPA-ya müsahibəsində danışıb.

“Putin mənə qaz təchizatının təmin olunduğunu bildirdi.  Müqavilələrdə nəzərdə tutulduğu kimi Rusiya tələb olunan həcmləri təmin edəcək və avro ilə ödəmək variantını qüvvədə saxlayacaq”, - kansler nəşrə bildirib.
Nehammer həmçinin qeyd edib ki, Avstriya Rusiyanın neft və qaz tədarükündən imtina etmək niyyətində deyil. 

Onun sözlərinə görə, bu cür məhdudiyyətlər Rusiyanı yox, Avstriyanı zəiflədə bilər.

Xatırladaq ki, Putin Rusiyanın “dost olmayan” ölkələrə qazı rublla satmağa başlayacağını açıqlayıb. 

Qeyri-dost ölkələr siyahısına Ukraynanın demilitarizasiyası və denazifikasiyası üzrə məcburi xüsusi əməliyyatın başlanması ilə əlaqədar Rusiyaya qarşı sanksiyalar tətbiq edən ölkələr daxildir.

Macarıstan artıq Rusiyadan aldığı qazın pulunu rublla ödəməyə razılaşıb. “Vzqlyad” biznes nəşri yazır ki, Macarıstan hakimiyyəti əmindir ki, Avropa İttifaqının Rusiya Federasiyasına qarşı tətbiq etdiyi sanksiya siyasətini pozmur.
Bu qərara görə Polşa Macarıstanla münasibətləri dondurmaq qərarına gəlib.

Rusiya lideri Vladimir Putinin fərmanına əsasən, aprelin 1-dən “dost olmayan” dövlətlərə enerji yanacağı tədarükünün rublla ödənilməsinin yeni proseduru qüvvəyə minib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO