Keçmiş Fransa lideri Nikolya Sarkozi prezident seçkilərinin birinci turunda səs vermək üçün bazar günü Parisdə seçki məntəqəsinə ilk gələnlərdən olub.
Bizim.Media xəbər verir ki, bu barədə BFM telekanalı məlumat yayıb.
Sarkozi seçki məntəqəsinə maskasız gəlib, lakin səhiyyə orqanlarının digər göstərişlərinə əməl edib və əl sıxmaqdan çəkinib.
Fransada istefadan sonra da populyarlığını itirməyən siyasətçi səhər saatlarında paytaxtın mərkəzi rayonlarından birində seçki məntəqəsinə gələn seçicilər tərəfindən rəğbətlə qarşılanıb.
Parisdə prezidentliyə 12 namizəddən biri olan mer Ann Hidalqo da səs verib. İstər mer, istərsə də eks-prezident müəyyən edilmiş qaydalara uyğun olaraq hər hansı açıqlama verməkdən çəkiniblər.
İkinci müddətə namizədliyini irəli sürən hazırkı dövlət başçısı Emmanuel Makron dənizkənarı Le Touquet şəhərinin (ölkənin şimalındakı Pas-de-Kale departamenti) bələdiyyə binasındakı seçki məntəqəsində səs verməyi planlaşdırır. Onun bağ evi də bu şəhərdə yerləşir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:17 / 10.04.2022
Fransanın keçmiş prezidenti Sarkozi seçkilərdə ilk səs verənlərdən biri oldu
Hazırda oxunan: Fransanın keçmiş prezidenti Sarkozi seçkilərdə ilk səs verənlərdən biri oldu
Hazırda oxunan: Fransanın keçmiş prezidenti Sarkozi seçkilərdə ilk səs verənlərdən biri oldu
68895
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.