Türkiyədən konsulluqda öldürülən Camal Qaşıqçının cinayət işi ilə bağlı YENİ QƏRAR

Türkiyədən konsulluqda öldürülən Camal Qaşıqçının cinayət işi ilə bağlı YENİ QƏRAR

Hazırda oxunan: Türkiyədən konsulluqda öldürülən Camal Qaşıqçının cinayət işi ilə bağlı YENİ QƏRAR

68466

Türkiyə jurnalist Camal Qaşıqçının qətlinə dair məhkəmə işinin rəsmən Səudiyyə Ərəbistanının məhkəmə instansiyalarına təhvil verilməsi haqqında qərar qəbul edib.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə “NTV” telekanalı məlumat yayıb.

Daha əvvəl məhkəmə Səudiyyə Ərəbistanının 26 tələbəsi haqqında qiyabi həbs cəzası çıxarsa da, işlə bağlı ciddi tərəqqi əldə olunmayıb.
Qaşıqçının nişanlısı Xədicə Cengiz araşdırmanın dayanmasına səbəb kimi rəsmi Ər-Riyadın məsələ ilə bağlı Türkiyə tərəfi ilə əməkdaşlıqdan boyun qaçırmasını göstərib.

Qeyd edək ki, Camal Qaşıqçı 2019-cu il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasında öldürülüb və onun cəsədi hissələrə bölünərək 5 kisəyə doldurulub, konsulluğun binasından çıxarılıb.

O, konsulluqda öldürülməzdən 3 gün əvvəl verdiyi müsahibədə Səudiyyə Ərəbistanında hakimiyyəti tənqid edən jurnalistlərin həbs olunduğunu deyib.

Uzun sürən araşdırmalardan sonra Səudiyyə hakimiyyəti jurnalistin Baş Konsulluqda öldürüldüyünü etiraf edib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO