Roman Abramoviç Türkiyənin “Göztəpə” klubunu aldı

Roman Abramoviç Türkiyənin “Göztəpə” klubunu aldı

Hazırda oxunan: Roman Abramoviç Türkiyənin “Göztəpə” klubunu aldı

68239

Rusiyalı iş adamı Roman Abramoviç Türkiyənin “Göztəpə” futbol klubunu alıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya Sport-Ekspress nəşrində yer alıb.  

Mənbə yazır ki, tərəflər sövdələşmənin şərtləri barədə razılığa gəliblər və rəsmi açıqlamanın cümə günü, aprelin 8-də veriləcəyi gözlənilir.

Türkiyə çempionatının 31 turundan sonra "Göztəpə" 27 xal toplayıb və turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.

Xatırladaq ki, martın 10-da Böyük Britaniya Abramoviçə qarşı sanksiyalar tətbiq edib. Premyer Liqa rusiyalını "Çelsi"nin rəhbərliyindən uzaqlaşdırıb. İş adamı klubu satmaq qərarına gəlib və idarəçiliyi xeyriyyə fondunun qəyyumlarına təhvil verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO