Rusiyalı oliqarx İsrail vətəndaşlığını aldı

Rusiyalı oliqarx İsrail vətəndaşlığını aldı

Hazırda oxunan: Rusiyalı oliqarx İsrail vətəndaşlığını aldı

68036

Rusiya prezidentliyinə keçmiş namizəd, milyarder Mixail Proxorov repatriasiya qanununa əsasən uğurla İsrail vətəndaşlığını alıb. 

Bizim.Media xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Oliqarx bir neçə gün əvvəl İsveçrədən şəxsi təyyarə ilə İsrailə uçub və dərhal sənədləri təqdim edib. Proxorov anası tərəfdən nənəsinin yəhudi olduğunu göstərib.

“Bloomberg Billionaires Index”inə görə, Proxorov hazırda 13,8 milyard dollar sərvəti ilə Rusiyanın 12-ci ən varlı adamıdır. Bir çox rusiyalı iş adamlarından fərqli olaraq, o, Rusiya Federasiyasının Ukraynadakı hərbi əməliyyatları ilə əlaqədar ABŞ-ın tətbiq etdiyi sanksiyalara məruz qalmayıb və onun aktivləri bloklanmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO